Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident seçkilərinin tarixi ilə bağlı qərar imzalayıb.
Bu barədə “Anadolu” məlumat yayıb.
Qərara əsasən, Türkiyədə Prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.
Ərdoğan bildirib ki, sabahdan etibarən seçki mərhələsi başlayacaq:
“Qərarın xalq və siyasi elita üçün uğurlu olacağına ümid edirəm. Seçkilərin mayın 14-də keçirilməsi ilə bağlı xeyli əvvəldən xalqa məlumat vermişdik. Seçkilərin iyunun 18-də keçirilməməsinin bir sıra obyektiv səbəbləri var. Bunlardan biri də iyunda Həcc ziyarətinin başlamasıdır. Ona görə də seçkilərin tarixini qabağa çəkdik”.