Paşinyan Arutyunyanı Azərbaycana inteqrasiya etməyə çağırdı

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanla bu yaxınlarda söhbətində bildirib ki, Ermənistan hakimiyyəti Qarabağı Azərbaycanın bir hissəsi kimi görür və “Qərb Qarabağ ermənilərinə Azərbaycanın tərkibində müəyyən status əldə edəcəyinə söz verib”.

Paşinyanın sözlərini erməni KİV sitat gətirir.

Qeyd olunur ki, Paşinyan İrəvanın Qarabağ separatçılarına pul ayırdığını və lakin bundan artıq heçnə edə bilməyəcəyini deyib. O, Arutyunyanı Bakı ilə qarşılıqlı anlaşmaya və Azərbaycana inteqrasiya etməyə çağırıb.

Arutyunyanın bu yanaşmaya etiraz etdiyi bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ