Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı iki aydan sonra mümkün olacaq.
Bunu İtaliyanın “La Stampa” qəzetinə müsahibəsində Ukrayna prezidentinin ofisinin müşaviri Mixaylo Podolyak deyib.
Onun sözlərinə görə, Kiyev ordunun əsas qüvvələrini təqribən iki aydan sonra baş tutacaq əks-hücum əməliyyatına hazırlayır.
Biz rusiyalıları Baxmutda zəiflədəcəyik, sonra başqa yerdə cəmləşəcəyik”.
Xatırladaq ki, “Financial Times” nəşri bundan əvvəl Ukraynanın Baxmut uğrunda döyüşlərdə əhəmiyyətli itkilərinin yaz əks-hücum baxımından ölkə silahlı qüvvələrinin imkanlarını azalda biləcəyini yazmışdı.