Hamburqda atışma - altı nəfər ölüb

Hamburqda Yehovanın Şahidləri kilsəsində atışma baş verib, azı 6 nəfər ölüb, 24 nəfər yaralanıb. 

“BILD” qəzeti yeddi ölü haqqında yazır. Atıcının onların arasında olub-olmadığı məlum deyil.

“Focus”un məlumatına görə, Qross Borstel rayonunda kilsəyə hücum martın 9-da axşam yerli vaxtla saat 21:00 radələrində baş verib. Tezliklə hadisə yerinə polis gəlib, yaxınlıqdakı ərazilərin sakinlərinə evlərini tərk etməmək göstərişi verilib.

Polisin məlumatına görə, hücum edən şəxs intihar edib. Onun şəxsiyyəti barədə məlumat açıqlanmır, cinayətin motivləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanları hadisəni kütləvi qətl kimi qiymətləndirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ