Türkiyə gömrük sistemi sanksiyalara məruz qalan malların Rusiyaya tranzitinin rəsmiləşdirilməsinə mane olur, bu barədə Rusiya logistika bazarının iştirakçıları “Kommersant FM” radiostansiyasına bildiriblər.
Onların sözlərinə görə, paralel idxal sxemi ilə Rusiyaya gətirilən sanksiyaya məruz qalan malların tranziti ilə bağlı problemlər yaranıb.
“Hətta dünən biz agentlərdən əvvəlcədən razılaşdırılmış uçuş sifarişlərinin ləğv edildiyi barədə bildirişlər almağa başladıq. Dedilər ki, buna səbəb Türkiyə üçün tranzit malların artıq Rusiyaya göndərilməməsidir”, - “Optimaloq”un baş direktoru Georgi Vlastopulo bildirib.