Rusiya Ukraynaya raket hücumunu “qisas zərbəsi” adlandırdı

Rusiya Müdafiə Nazirliyi martın 9-da Ukraynaya edilən kütləvi raket hücumunun “martın 2-də Kiyev rejiminin Bryansk vilayətində təşkil etdiyi terror aksiyalarına cavab olaraq “qisas zərbəsi” olduğunu açıqlayıb.

Müdafiə Nazirliyi bildirib ki, raket hücumu zamanı “Ukraynanın hərbi infrastrukturunun əsas elementləri, hərbi sənaye kompleksinin müəssisələri, eləcə də onları təmin edən enerji obyektləri vurulub”.

Zərbə vuran pilotsuz uçuş aparatlarının bazaları məhv edilib, ehtiyatların ötürülməsi və xarici silahların dəmir yolu ilə daşınması pozulub, hərbi texnikanın təmiri və döyüş sursatı istehsalı üzrə istehsalat müəssisələri sıradan çıxıb.

Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, martın 9-na keçən gecə Rusiya hərbçiləri ən azı 81 raket buraxıb. Partlayışlar Kiyev, Odessa, Nikolayev, Dnepr, Xarkov, Zaporojye, Jitomir, İvano-Frankivsk, Xmelnitski və Ternopil vilayətlərində qeydə alınıb. Ən azı altı mülki vətəndaşın öldüyü məlumdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ