Rusiya Kiyevə ballistik raket atdı - video

Rusiya Silahlı Qüvvələri gecə saatlarından etibarən Ukrayna ərazisində kütləvi raket hücumlarına başlayıb.

Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

Eyni zamanda rusiyalıların İran istehsallı “Şahed” PUA-ları ilə hücuma keçdiyi bildirilir.

Qeyd olunub ki, raket hücumu ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr tətbiq edilir. Kiyev vilayətində əhalinin 15 faizi işıqsız qalıb.

Kliçkonun sözlərinə görə, paytaxt Kiyev şəhərinə ballistik raketlər atılıb.

Həmçinin Odessa və Xarkov şəhərlərində də partlayış səsləri eşidilib. Bütün ölkə ərazisində havadan müdafiə sistemi işə düşüb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ