İran gizli şəkildə Rusiyaya 100 milyona yaxın patron göndərib - “Sky News”

İran hakimiyyəti gizli şəkildə Rusiyaya Ukraynadakı müharibə üçün böyük sursat partiyası tədarük edib və tədarükləri davam etdirməyi planlaşdırır.

Bu barədə “Sky News” hüquq-mühafizə orqanlarındakı anonim mənbəyə istinadən yazır.

Telekanalın həmsöhbəti iddia edir ki, yanvarın 10-da Rusiya bayrağı altında üzən “Musa Cəlil” və “Beqey” yük gəmiləri silahlarla dolu 200-ə yaxın nəqliyyat konteyneri ilə İran limanından yola düşüb. Mənbə bildirib ki, yanvarın 12-də gəmilər Türkmənistan limanlarından birinə daxil olublar, sonra isə Xəzər dənizini keçərək yanvarın 27-də Həştərxan limanına gediblər.

Onun sözlərinə görə, konteynerlərdə 100 milyona yaxın müxtəlif ölçülü patron, o cümlədən raket və artilleriya qurğuları, qumbaraatan, minaatan və pulemyotlar üçün nəzərdə tutulmuş 300 minə yaxın mərmi daşınıb. Bundan əlavə, gəmilərdə 10 minə yaxın zirehli gödəkçə və dəbilqə olub.

İddialara görə, Moskva Tehrana sursat tədarükü üçün nağd pul ödəyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ