Gürcüstanda küçə etirazları yenidən başladı

Martın 8-də Tbilisidə Rustaveli prospektində parlament binası yaxınlığında mindən çox insan toplaşıb.

Mitinq Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin gecə saatlarında ölkənin Avropa İttifaqına namizəd üzv statusu almasına mane ola biləcək “xarici agentlər” haqqında qanun layihəsinin qəbuluna etiraz edənləri dağıdandan sonra yenidən başlayıb.

Prospektdə nəqliyyatın hərəkəti dayandırılıb, etirazçılar Gürcüstan və Avropa İttifaqının bayraqlarını tutaraq qanun layihəsinin qəbuluna qarşı şüarlar səsləndirirlər. Aksiya dinc xarakter daşıyır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ