Tbilisidə kütləvi etirazlar: minlərlə insan küçələrə çıxdı - foto

Martın 7-də “xarici agentlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edilməsindən sonra Gürcüstan parlamentinin qarşısında keçirilən etiraz aksiyalarında bir neçə min insan iştirak edib.

Təşəbbüs qəbul olunarsa, Gürcüstan Avropa İttifaqına namizəd statusu almaq və NATO-ya üzv olmaq imkanını itirə bilər. Tbilisidə parlament qarşısında etiraz aksiyaları polislə toqquşmaya çevrilib.

Xüsusi təyinatlılar nümayişçilərə qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib, etirazçılar polisə şüşə, məşəl və molotov kokteyli atıblar.

Gürcüstan prezidenti Salome Zurabişvili etirazçıları dəstəklədiyini bəyan edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ