Daha 3 ölkə “Boeing 737”lə uçuşları dayandırdı

“Boeing 737 MAX” sərnişin təyyarəsinin Efiopiyada qəzaya düşməsindən sonra daha üç ölkə laynerlə planlaşdırılan səfərləri təxirə salıb.

Türk Hava Yollarının (THY) baş direktoru Bilal Ekşi sosial şəbəkədə qeyd edib ki, aviaşirkətin balansında olan 3 “Boeing 737 Max 8” sərnişin təyyarəsi uçuşu başa vurmadan geri çağırılıb.

Bildirilib ki, uçuşlar təhlükəsizlik məqsədilə müvəqqəti dayandırılıb.

Almaniyanın Nəqliyyat Nazirliyi də hava məkanının “Boeing” laynerləri üçün bağlandığını bildirib. “Tui” alman konserni bütün istiqamətlərə “Boeing 737 MAX”ın uçuşlarını dayandırıb. 

Həmin təyyarənin uçuşlarına qadağa qoyan ölkələrdən biri də Avstriyadır. Bu barədə nəqliyyat naziri Norbert Hofer məlumat verib.

İtaliya da, bu ölkələrin ardınca hava məkanını “Boeing 737 MAX” təyyarələrinə bağlamaq qərarı qəbul edib. Qərar Afrikadakı qəzanın səbəbləri müəyyən edilənədək qüvvədə olacaq.  

Xatırladaq ki, martın 10-da “Ethiopian Airlines” şirkətinə məxsus  “Boeing 737” hava gəmisi qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 157 nəfər, o cümlədən 8 ekipaj üzvü həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ