Meral Akşener “altılı masa”ya qayıtdı

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener “altılı masa”ya geri dönüb.

Bu barədə məlumatı partiyanın rəsmi sözçüsü Kürşad Zorlu açıqlayıb.

Xatırladaq ki, martın 2-si Türkiyədə müxalif partiya liderlərindən ibarət “altılı masa” mayın 14-ü keçiriləcək prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı iclas keçirib. İclas zamanı danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ