“Sputnik V” vaksininin yaradıcısını boğub öldürdülər

Rusiya İstintaq Komitəsi Moskvanın şimal-qərbində bir nəfərin öldürülməsi faktı ilə bağlı cinayət işi açıb. Öldürülən şəxsin N.F Qameleya adına Epidemiologiya və Mikrobiologiya Mərkəzinin baş elmi işçisi, “Sputnik V” peyvəndini hazırlayanlardan biri Andrey Botikovun olduğu müəyyən edilib.

İstintaqla müəyyən edilib ki, martın 2-də 29 yaşlı kişi məişət münaqişəsi zəminində mənzilin 47 yaşlı sahibini kəmərlə boğub, sonra isə hadisə yerindən qaçıb. Cinayətkar özünü təqsirli bilib və ona qarşı ittiham irəli sürülüb. O, əvvəllər ağır cinayət törətdiyinə görə məsuliyyətə cəlb edilib.

Rusiya mediası 2020-ci ilin avqustunda N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin COVID-19-a qarşı “Sputnik V” vaksini hazırladığını bildirib. Botikov vaksin üçün patentin həmmüəllifidir. O, dərmanı yaratdığına görə prezident Vladimir Putindən mükafat alan alimlərdən biri idi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ