Finlandiya parlamenti ölkənin NATO-ya qoşulmasını dəstəklədi

Finlandiya parlamentinin deputatları səs çoxluğu ilə ölkənin Şimali Atlantika Alyansına qoşulmasını təsdiqləyiblər. “Reuters”in məlumatına görə, martın 1-də keçirilən iclasda Finlandiyanın NATO-ya üzvlüyünün lehinə 200 deputatdan 184-ü səs verib, yeddisi əleyhinə, biri isə bitərəf qalıb.

Finlandiya və İsveç Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra NATO-ya üzv olmaq üçün birgə ərizə verib. Yeni ölkələrin alyansa qəbul edilməsi üçün hazırda NATO üzvü olan 30 dövlətin hamısının razılığı lazımdır.

Hələlik yalnız Macarıstan və Türkiyə İsveç və Finlandiyanın müraciətini təsdiqləməyib. Martın 1-də Macarıstan parlamenti sənədin təsdiqi proseduruna başlayıb. Türkiyə hakimiyyəti də, öz növbəsində, bir sıra şərtlər irəli sürərək, onların həyata keçirilməsindən sonra İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcəklərini bildirib. Eyni zamanda, Türkiyə Finlandiyanı İsveçlə ortaq ərizə çərçivəsində deyil, ayrıca alyansa qoşulmağa razılıq verərsə, onu dəstəkləməyə hazır olduğunu açıqlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ