Avropadakı Amerika komandanlığı daha çox “qiyamət günü təyyarəsi” kimi tanınan “E-6B Mercury”nin İslandiyadakı bazaya təhvil verildiyini elan edib.
“E-6B Mercury” İslandiyaya ABŞ Silahlı Qüvvələrinin Avropadakı komandanlığının cavabdehliyi sahəsindəki əməliyyat çərçivəsində gətirilib.
“E-6B Mercury” nüvə müharibəsində silahlı qüvvələrə nəzarət etmək üçün nəzərdə tutulmuş hava komandanlığı məntəqəsidir. O, Boeing 707-320 bazasında yaradılıb. ABŞ-dan əlavə, Rusiyanın da qiyamət günü təyyarələri var, onlar İl-86-nın bazasında hazırlanır.