Ukrayna qoşunları yazda hücum üçün resurslara qənaət etmək üçün Baxmutu tərk etməyə məcbur ola bilər.
Bu barədə “Bloomberg” məsələ ilə tanış olan avropalı rəsmilərə istinadən yazır.
Agentlik qeyd edir ki, Baxmut strateji əhəmiyyətli şəhər deyil, lakin şiddətli döyüşlərə görə bu, böyük simvolik əhəmiyyət kəsb edib və ukraynalılar üçün geri çəkilmə zərbə ola bilər.
“Baxmutun ələ keçirilməsi, prezident Vladimir Putinin Rusiyanın bir hissəsi elan etdiyi Donbassın bütün ərazisinin işğalına doğru bir addım olacaq”, - nəşr şəhərin Moskva üçün əhəmiyyətini təsvir edir.
Ukrayna üçün məqsəd, çox güman ki, Qərbdən yeni gələn ağır silahların dəstəyi ilə yazda əks-hücum əməliyyatına başlamaq üçün özünün kifayət qədər ehtiyatını saxlayaraq, şəhər döyüşlərində Rusiya qüvvələrini zəiflətməkdir.