Yunanıstanda qatar qəzası: 29 nəfər ölüb

Yunanıstanda sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində 29 nəfər ölüb.

Bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis canlı efirdə bildirib.

O bildirib ki yaralı sayı 85 nəfərdir.

Hadisə yerində 150 ​​yanğınsöndürən, 30-dan çox polis əməkdaşı, 40 təcili tibbi yardım maşını işləyir. Tibbi yardıma ehtiyacı olmayan 270 sərnişin faciə yerindən təxliyə edilərək Salonikiyə göndərilib.

Hazırda hadisənin səbəbləri araşdırılır. Qatar Afina - Saloniki marşrutu ilə hərəkət edirdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ