İlon Mask yenidən dünyanın ən varlı adamı adını qazanıb

“Tesla” və “SpaceX” şirkətlərinin yaradıcısı, “Twitter”in sahibi İlon Mask “Bloomberg”in məlumatına görə, planetin ən varlı adamları reytinqində yenə birinci yerdə qərarlaşıb.

Tesla səhmlərinin artması fonunda İlon Maskın sərvəti 187,1 milyard dollara çatıb. Elektrikli avtomobil istehsalçısı 6 yanvar 2023-cü il tarixindən etibarən 70% artaraq bir səhm üçün 207,63 dollara çatıb.

Bloomberg-ə görə, İlon Maskın şəxsi sərvəti son iki ayda reytinqə başçılıq edən Louis Vuitton Moët Hennessy şirkətlər qrupunun rəhbəri Bernard Arnaultun sərvətini üstələyir. Agentliyin məlumatına görə, Arnonun sərvəti 185,3 milyard dollardır.

Real vaxt rejimində milyarderlərin reytinqini tərtib edən “Forbes” jurnalı siyahıya Bernard Arno (206,3 milyard dollar), ikinci yerdə İlon Mask (197,7 milyard dollar) gəlir.

İlon Mask 2022-ci ilin dekabrında öz yerini dünyanın ən varlı adamları reytinqində birinci yeri Bernard Arnoya verib.

Bloomberg dekabr ayında bildirmişdi ki, İlon Mask tarixdə 200 milyard dollardan çox itirən ilk şəxs olub. 2021-ci ilin noyabrında zirvədə olan Maskın xalis sərvəti 340 milyard dollar, 2022-ci ilin sonunda isə 137 milyard dollar olaraq qiymətləndirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ