Xocalı soyqırımının 31-ci ildönümündə ABŞ-da yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında təxribat törədiblər.
Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Twitter”də yazıb.
“Bu gün ermənilər Vaşinqtondakı səfirliyimizin qarşısında Xocalı soyqırımı zamanı müdafiəsiz azərbaycanlı uşaqların, qadınların və qocaların vəhşicəsinə qətlə yetirilməsini mahnılarla qeyd ediblər. Onların mentaliteti nədir?!” - diplomat yazıb.