Rusiya şəhərlərində, ən azı, ikinci gündür, yeniyetmələr saxlanılır - “Redan” yeni gənc subkulturasının davamçıları.
Buna səbəb yeniyetmələrin planlaşdırdıqları iddia edilən kütləvi davalar olub. “Baza”nın məlumatına görə, həbslər Sankt-Peterburq, Kursk, Novosibirsk və Kazanda aparılır.
“Fontanka” yazır ki, Sankt-Peterburqda polis və OMON əməkdaşları “Gallery” ticarət mərkəzində 150-dən çox yeniyetməni saxlayıblar. Qəzetin polisdəki mənbələri həbslərin “Redan” ilə əlaqəli olduğunu təsdiqləyib.
Yeniyetmələrə qarşı reydlər fevralın 24-də Aviapark və “Marcos Mall” ticarət mərkəzlərində baş verən bir neçə kütləvi davadan sonra başlayıb.
“Baza”nın məlumatına görə, “Redan” nümayəndələrinin iştirak etdiyi ilk dava fevralın 19-da Aviapark fud-kortunda baş tutub.