Fransada çimərliklərdə 1 ton kokain tapılıb

Fransız jandarmları Normandiyadakı çimərlikdə təxminən 60 milyon avro dəyərində olan bir ton kokain tapıblar. Bu barədə yerli Ouest-France qəzeti məlumat yayıb.

Qeyd olunur ki, yerli sakin sahilə atılan onlarla kisə ağ toz barədə hüquq-mühafizə orqanlarına məlumat verib. Araşdırma nəticəsində bunun kokain olduğu üzə çıxıb.

Yerli media yazır ki, bu, Manş departamentinin jandarmeriyası tərəfindən indiyə qədər tutulan ən böyük narkotik partiyalarından biridir.

Fransız polis məmurları narkotiki yükləmək, çəkmək, təhlil etmək məqsədilə ixtisaslaşmış mərkəzə çatdırmaq üçün əlavə qüvvələr, bir neçə avtomobil və müşayiətçi çağırmağa məcbur olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ