RF yenidən dəniz piyadalarını Uqledara göndərir

Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya dəniz piyadalarının əvvəllər böyük itki verdiyi Uqledar yaxınlığındakı mövqelərə yenidən göndərə bilər.

Qurum gündəlik xülasəsində Uqledar bölgəsində Rusiya texnikasının itkilərini göstərən bir fotoşəkil dərc edib. Müdafiə Nazirliyinin məlumatına görə, bu döyüş maşınları çox güman ki, son hücumlarda ön sıralarda olan 155-ci dəniz piyada briqadasına məxsus olub.

Ekspertlər həmçinin qeyd ediblər ki, dəniz piyadaları Rusiya silahlı qüvvələrinin elitası sayılır, lakin hava desant piyadalarından fərqli olaraq, dəniz piyadaları Ukraynada vahid birləşmə kimi yerləşdirilməyib. Əvəzində dəniz piyadalarının ayrı-ayrı hissələri əksəriyyəti quru qoşunlarından ibarət qruplara birləşdirilib. Buna görə dəniz piyadalarına qarşısında tez-tez ən çətin taktiki tapşırıqlar qoyulub, nəticədə onlar böyük itkilər veriblər.

Həmçinin qeyd olunur ki, dəniz piyadaları briqadaları təcrübəsiz çağırışçılarla doldurulur və bu, öz növbəsində, bölmələrin effektivliyinə təsir göstərirdi.

2022-ci ilin payızında Rusiya Sakit Okean Donanmasının 155-ci briqadasının dəniz piyadaları əsgərlər arasında hazırlıqsız hücuma və yüksək itkilərə cavabdeh olan zabitlərin hərəkətlərinin müstəqil yoxlanışa cəlb etmək xahişi ilə Primorye qubernatoru Oleq Kojemyakoya müraciət ediblər. Hərbçilərin məlumatına görə, dəniz piyadaları briqadası dörd gün ərzində 300-ə yaxın itki verib.

Kojemyako prokurorluğa məlumatı yoxlamağı tapşırıb, lakin “bu, düşməndən gələn feyk” olduğunu istisna etməyib, daha sonra dəniz piyadalarının itkilər verdiyini, lakin “hər şeyin qaydasında olduğunu” bildirib. Rusiya Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, 155-ci briqadanın 10 gündən artıq müddətdə itkiləri döyüş gücünün 1%-dən çox deyil.

Dəniz piyadalarından biri Mediazona-ya bildirib ki, komandanlıq briqadanı döyüş bölgəsindən çıxarmaq qərarına gəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ