ABŞ veteranı Ukraynada döyüşlərdə həlak oldu

Viskonsin ştatının Marşfild şəhərindən olan ABŞ ordusunun veteranı Endryu Piters fevralın 16-da Ukraynada döyüşlər zamanı həlak olub.

Bu barədə CNN məlumat yayıb.

“Ukraynada ABŞ vətəndaşlarının ölümünü təsdiqləyə bilərik. Biz onların ailələri ilə əlaqə saxlayırıq və hər cür konsulluq yardımını göstəririk”, - Dövlət Departamentinin sözçüsü bildirib.

28 yaşlı Endryu Piters Ukraynanın Beynəlxalq Müdafiə Legionuna qoşulub. Ölən könüllünün valideynləri bildiriblər ki, o, “Ukrayna xalqına döyüşmək və ölkəsini azad etmək üçün əvvəlki döyüş bacarıqlarını tətbiq etmək ehtiyacı hiss edib”.

Pitersin 2014-cü ildə Əfqanıstanda xidmət etdiyi məlumdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ