Türkiyədə bələdiyyə sədri saxlanılıb

Türkiyənin Qaziantep vilayətinin Nurdağı rayonunun bələdiyyə sədri Ökkeş Kavak saxlanılıb.

Onun Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanıldığı bildirilir.

Məlumatda qeyd olunur ki, Ökkeş Kavakın qardaşının tikinti şirkəti ilə daha öncə Kahramanmaraşdakı zəlzələrdə binaları dağılan “CCK İnşaat”ın sahibi Yunus Kaya ilə ortaq layihələrinin olduğu müəyyən edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ