Ukrayna Rusiya və Belarusla sərhədi boyunca qoruyucu zolağı iki kilometrə qədər artıracaq. Müvafiq qanun fevralın 24-də Ali Rada tərəfindən qəbul edilib.
Ukraynanın Sərhəd Xidmətində qeyd edildiyi kimi, bu, “praktiki olaraq minalanmış ərazi olacaq”.
Bundan başqa, yeni qanun hərbçilərin, Milli Qvardiyanın əsgərlərinin və polisin sərhəd xidmətinə cəlb edilməsi qaydasını tənzimləyir, həmçinin “hərbi vəziyyət dövründə sərhədçilərin müdafiə qüvvələrinin ümumi sistemindəki yerini” müəyyən edir.
Ukrayna 2022-ci ilin yayında Belarusla sərhədin ən təhlükəli hissələrini minalamağa başlayıb.