Rusiyada kamikadze dronları tükənir

Rusiyada İran istehsalı olan kamikadze pilotsuz təyyarələr tükənir. Bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanan gündəlik hesabatında yazır.

Kəşfiyyat belə qənaətə fevralın 15-dən bəri Rusiyanın Ukraynaya PUA-lar vasitəsi ilə hücum etməməsini görə gəlib.

Britaniya Müdafiə Nazirliyinin məlumatına əsasən, Rusiya pilotsuz təyyarələrin ehtiyatlarını artırmağa çalışacaq. 

Rusiya payızdan Ukraynadakı hərbi və enerji obyektlərinə zərbələr endirmək üçün İran istehsalı olan “Shahed-131/136” kamikadze dronlarından istifadə edir.

Qərb mediası dəfələrlə yazıb ki, Rusiya və İran hakimiyyəti RF ərazisində pilotsuz təyyarələrin istehsalı zavodunun tikintisi imkanları barədə razılığa gəliblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ