Türkiyə yenə silkələndi

Türkiyənin Niğde vilayətində 5,3 bal gücündə zəlzələ baş verib.

Bu barədə Kandili Rəsədxanası və Zəlzələ Tədqiqat İnstitutu xəbər verib.

Məlumata görə, şiddətli təkanların episentri Obruk Bor rayonu olub.

Ocaq 7 km dərinlikdə yerləşib.

Zəlzələdə can və mal itkisi olmasa da, insanlar təlaş keçiriblər.

Zəlzələ Konya və Kayseri kimi şəhərlərdə, həmçinin ətraf qəsəbələrdə də hiss olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ