Çinin Ukrayna ilə bağlı planı yalnız Rusiyaya sərfəlidir - Bayden

Çinin təklif etdiyi Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması planı yalnız Rusiya üçün sərfəlidir. Bu fikri ABŞ prezidenti Co Bayden səsləndirib.

“[Rusiya Prezidenti Vladimir] Putin bu planı alqışlayır, o, necə yaxşı ola bilər?”, - Bayden bildirib.

ABŞ prezidenti həmçinin Çinin Ukrayna üçün “tamamilə ədalətsiz müharibənin” nəticəsi ilə bağlı danışıqlarda iştirak etməyə çalışması fikrini “məntiqsiz” adlandırıb.

Çin Rusiyanın Ukraynaya təcavüzünün ildönümündə “Ukrayna böhranının siyasi həlli” planını təqdim edib. Planda atəşkəs, bütün ölkələrin suverenliyinə hörmət və birtərəfli sanksiyalara son qoyulması da daxil olmaqla 12 bənd var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ