İranın İdman və Gənclər İşləri naziri və göyərtəsində digər sərnişinlərin olduğu helikopter Baft şəhərində idman kompleksinin ərazisinə enərkən qəzaya uğrayıb.
İran agentliyi xəbər verir ki, nazirin sağdır, lakin onun müşaviri ölüb, 12 nəfər yaralanıb.
Hadisə şahidlərindən birinin sözlərinə görə, təyyarə eniş zamanı idarəetməni itirib. IRNA xəbər verir ki, İran hakimiyyəti hələlik hadisə ilə bağlı şərh verməyib.