Bayden administrasiyası ABŞ-da sığınacaq verilməsi qaydalarını sərtləşdirir

ABŞ Daxili Təhlükəsizlik Departamenti və Ədliyyə Nazirliyi ölkədə sığınacaq axtaran şəxslərə məhdudiyyətlər tətbiq etməyi təklif edib. Bu barədə “Reuters” məlumat yayıb.

Fevralın 21-də 30 günlük müzakirəyə çıxarılan yeni qaydalara əsasən, miqrantlar sadəcə olaraq sərhəd keçid məntəqəsinə gəlib ABŞ sərhədini keçiblərsə, sığınacaq almaq hüququndan məhrum ediləcəklər. Təklifə əsasən, sığınacaq axtaranlardan sərhəddə ABŞ rəsmisi ilə görüş təyin etmək üçün əvvəlcə Birləşmiş Ştatların Gömrük və Sərhəd Mühafizəsi tərəfindən buraxılan “CBP One” proqramından istifadə etmələrini tələb olunacaq.

Bundan əlavə, əgər ərizəçilər Amerika sərhədinə birbaşa deyil, digər ölkələrin ərazisindən keçməklə gəliblərsə, o zaman onlar ilk növbədə bu ölkələrdən sığınacaq istəməlidilər.

Bu məhdudiyyətlər böyüklərin müşayiəti olmadan sərhədə gələn yetkinlik yaşına çatmayanlara aid edilməyəcək.

Belə qaydalar artıq Ukrayna, Venesuela, Kuba, Nikaraqua və Haitidən olan miqrantlara şamil edilir: onlar “CBP One” proqramı vasitəsilə onlayn ərizə təqdim etməli və immiqrasiya orqanları ilə görüş təşkil etməlidirlər.

ABŞ administrasiyası açıqlamasında bildirib ki, yeni qaydaların Meksika ilə sərhəddə “miqrasiyanın potensial artımı ərəfəsində” tətbiq edilməsi təklif olunur. 

Miqrant hüquqlarının müdafiəçiləri yeni qaydalara məhkəmədə etiraz edəcəklərini vəd ediblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ