Fevralın 20-də ABŞ prezidenti Co Baydenlə Kiyevə səfər edən Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermaka Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına başlamalı olduğunu deyib.
Bu barədə Rusiya və Ukraynanın teoqram kanalları yazır.
“Sullivan və Yermak Ukrayna Silahlı Qüvvələrinin Krımda əks-hücum əməliyyatının vaxtını müzakirə etdilər, amerikalılar Azov kampaniyasında qalib gəlmək və yarımadanın sərhədlərinə çatmaq üçün bizə 6 ay vaxt verdilər”, teleqram kanallarında qeyd edilir.
O da iddia edilir ki, guya bu məqsədlər üçün Ukrayna bu həftə açıqlanacaq yeni silah paketi alacaq.