Aİ-nin mülki missiyası Ermənistanda fəaliyyətə başlayır

Bu gün Avropa İttifaqının (Aİ) mülki missiyası Ermənistanda öz işinə başlayır.

Bu barədə məlumatı Avropa İttifaqı Şurası yayıb.

Xatırladaq ki, yanvarın 23-ü Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərləri Ermənistana 2 il müddətinə mülki missiyanın göndərilməsi barədə qərar qəbul edib. Missiyanın tərkibinə ekspert və avropalı müşahidəçilərdən ibarət 100 nəfər daxildir və məqsədi Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, yerlərdə etimadı möhkəmləndirmək, eləcə də Ermənistan və Azərbaycan arasında normallaşması üzrə səylər üçün əlverişli şərtləri təmin etməkdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ