Əfqanıstan-Pakistan sərhədində toqquşmalar başlayıb

Bazar ertəsi Əfqanıstan-Pakistan sərhədində Torham keçid məntəqəsi yaxınlığında silahlı toqquşmalar başlayıb.

TASS xəbər verir ki, bu barədə Əfqanıstanın Nanqarhar əyalətindəki mənbələrə istinadən “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Bildirilir ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatının nümayəndələri ilə Pakistan sərhədçiləri arasında atışmalar səhər tezdən başlayıb və hələ də davam edir. Münaqişənin səbəbi məlum deyil.

Öz növbəsində, Pakistanın “Dawn” qəzeti bazar ertəsi toqquşmaların Əfqanıstan tərəfinin təşəbbüsü ilə baş verdiyini yazıb. Ölən və yaralananlar barədə hələlik məlumat verilmir.

Bazar günü Əfqanıstanın “TOLONews” telekanalı bildirib ki, “Taliban” Pakistan tərəfinin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Torham keçid məntəqəsi vasitəsilə nəqliyyatın hərəkətini dayandırmaq qərarına gəlib. “Taliban” nümayəndələri konkret hansı öhdəliklərdən danışdıqlarını açıqlamayıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ