Günlərdir dağıntılar altında qalan sosial media fenomeni Taha Duymazla bacısı Mələk və qardaşı Umutun cansız bədənləri dağıntılar altından çıxarılıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Taha bacı-qardaşı ilə Hatayın Yayladağ rayonunda bibisigildə qonaq qalarkən zəlzələnin dağıntıları altında qalmışdı. Günlərdir aparılan axtarışlar nəticəsiz qalıb. Belə ki, 19 yaşlı gənci xilas etmək mümkün olmayıb.
Eyni zamanda Tahanın bacısı ilə qardaşı, həmçinin bibisi ilə onun həyat yoldaşı da həlak olub.
Qeyd edək ki, instaqramda 1 milyon izləyicisi olan Taha yemək bişirmə videoları ilə məşhurlaşıb. Zəlzələdən sonra onun daha öncə verdiyi açıqlama yenidən sosial mediada gündəmə gəlib.