İranda müəllim şagirdləri ilə bu mahnını oxudu, işdən qovuldu - Video

İranın Mazandaran vilayətinin Qaimşəhr şəhərində müəllim sinifdə şagirdləri ilə mahnı oxuduğuna görə vəzifəsindən kənarlaşdırılıb.

“Qafqazinfo” xəbər verir ki, gənc müəllimin şagirdləri ilə vulqar hesab edilən mahnı oxuduğu iddia edilir.

Sinifdə lentə alınan video sosial şəbəkələrdə sürətlə paylaşılaraq gündəm olub. Bunun ardınca Mazandaran vilayətinin təhsil idarəsi müəllimi vəzifəsindən azad edib. Bununla yanaşı, hazırda videonun çəkildiyi məktəbin lisenziyasının ləğv edilməsi məsələsi müzakirə edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ