Belarusun nüvə silahına ehtiyacı yoxdur, çünki o, ABŞ-a qarşı heç bir zərbə endirmək niyyətində deyil.
Belarus prezidenti Aleksandr Lukaşenko Qərb ölkələrindən birinə zərbə endirmə ehtimalını belə qiymətləndirib.
Lukaşenko bildirib ki, Belarusun strateji nüvə silahlarına qətiyyən ehtiyacı yoxdur. O, Minskin “amerikalıları öldürmək və Belarus ərazisindən strateji nüvə raketləri atmaq niyyətində olmadığını” vurğulayıb.