Rusiyanın Ukraynada itirdiyi təyyarələrin sayı açıqlandı

Rusiya qoşunları Ukraynaya genişmiqyaslı müdaxilənin başlanğıcından 130-a yaxın təyyarə itirib.

Bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi Ukraynadakı vəziyyətlə bağlı gündəlik icmalında bildirilir.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiya Silahlı Qüvvələri hələ də ekipajları olan 1500-ə yaxın hərbi təyyarəyə malikdir.

Hesabat müəllifləri qeyd edirlər ki, Rusiya aviasiyası aşağı səmərəlilik nümayiş etdirir və əsasən işğal olunmuş ərazilər üzərində işləyir. Səmada Rusiya Federasiyasının hərbi aviasiyası Ukraynanın hava hücumundan müdafiəsinə uğurla müqavimət göstərir, yerdə isə Rusiya aerodromlarında partlayış təhlükəsi səbəbindən komandanlıq təyyarələri ayrı-ayrı anqarlarda saxlayır.

Britaniya hərbi idarəsinin fikrincə, Rusiya komandanlığı aviasiyadan istifadəni genişləndirməyəcək, çünki bu, qəbuledilməz itkilərə səbəb olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ