Türkiyənin zəlzələdən zərərçəkmiş bölgələrində 300 min yeni yaşayış binası tikilməlidir.
Bu barədə çərşənbə günü “Yeni Şafak” qəzeti məlumat yayıb.
Genişmiqyaslı yoxlama nəticəsində 211 mindən çox binaya ciddi və ya kritik ziyan dəydiyi müəyyən edilibi. Ümumilikdə 370 minə yaxın binaya baxış keçirilib. Zəlzələnin təsirinə məruz qalan 10 əyalətdə 400 000 binanın yenidən qurulmasına ehtiyac olacaq ki, onlardan 300 000-ə yaxını mənzil fondudur.
Türkiyənin Mənzil İnşaatı İdarəsi artıq bərpa planını həyata keçirməyə başlayıb. İlk mərhələdə 30 min bina ucaldacaq, iyuna qədər isə bu rəqəm 100 minə çatacaq.
Mütəxəssislər aşkar ediblər ki, dağılan binaların 98%-i ölkədə dağıdıcı zəlzələ baş verən 1999-cu ildən əvvəl tikilən binalardır. Fəlakətdən sonra yeni tikinti qaydaları qəbul edilib. Bu dəfə əksər binaların çökməsinin səbəbini mütəxəssislər binaların bünövrəsi altındakı qrunt sularının axmasını göstəriblər. Bu, düzgün qurulmuş yeraltı kommunikasiyaların olmaması və layihələndirmə və tikintidə mühəndislik qüsurları səbəbindən baş verib. Binaların altındakı torpaq özünü bərk cisim kimi aparmayıb və bir çox evlər təkanların təsiri altında bünövrə ilə birlikdə aşıb.