Müharibə Putinin planı üzrə getmir - Pentaqon rəhbəri

Ukraynanın döyüş meydanında təşəbbüsü ələ keçirmək üçün “real şansları” var.

Bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib. 

“Düşünürəm ki, onların döyüş meydanında kifayət qədər böyük dəyişikliklər etmək və üstünlüyü ələ keçirmək üçün yaxşı şansları var”, - Ostin Brüsseldə NATO müdafiə nazirləri ilə görüşdən sonra jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, NATO-nun təmin etdiyi hər sistem üçün Ukrayna qoşunları təlim keçəcək.

ABŞ müdafiə departamentinin rəhbəri bildirib ki, Rusiyanın Ukraynaya hərbi təcavüzündən təxminən bir il sonra hadisələr Rusiya prezidenti Vladimir Putinin planlaşdırdığı kimi inkişaf etmir. “NATO əvvəlkindən daha vahid və sarsılmazdır”, - nazir vurğulayıb.

Ostinin sözlərinə görə, Rusiya cəbhəyə çoxlu sayda yeni çağırışçı göndərir, onlar zəif təlim keçiblər. “Ona görə də Rusiyanın bu qədər böyük itkiləri var”, - Pentaqon rəhbəri izah edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ