Türkiyənin Qəhrəmanmaraş şəhərində daha 4,6 bal gücündə zəlzələ baş verib.
“TRT Haber”in Fövqəladə Halların Qarşısının alınması və Müdaxilə İdarəsinə (AFAD) istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:25-də Göksun bölgəsində baş verib. Zəlzələnin ocağı təxminən 12,3 kilometr dərinlikdə yerləşib.