Müharibənin yeni mərhələsi: Rusiya Ukrayna sərhədlərinə təyyarələr toplayır

Rusiya hərbi təyyarə və helikopterlərini Ukrayna sərhədlərinə toplayır, bu da müharibənin yeni mərhələyə keçməsindən xəbər verə bilər.

Bu barədə “Financial Times” qəzeti NATO ölkələrinin kəşfiyyat məlumatlarına çıxışı olan iki Qərb rəsmisinə istinadən yazır.

Nəşrin həmsöhbətlərindən birinin sözlərinə görə, Rusiya Federasiyasının quru qoşunları tükənib, ona görə də Kreml yeni hücumun bir hissəsi kimi aviasiyaya arxalanır.

NATO hesab edir ki, Rusiya hərbi aviasiyasının təqribən 80%-dən istifadə edərək hava əməliyyatı keçirməyə hazırlaşır və Ukraynanın hava hücumundan müdafiəsini sıradan çıxarmağa çalışacaq.

“Financial Times” mənbələri bununla bağlı Qərb müttəfiqlərinin son görüşündə Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi məsələsinin prioritet olduğunu, Ukraynaya qırıcı təyyarələrin çatdırılması məsələsini arxa plana keçirdiyini bildirir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ