Rusiya ordusu elit briqadasını tam heyətlə itirdi - yüzlərlə hərbçi öldürülüb

Donetsk vilayətində Uqledar şəhərinə hücum zamanı Rusiya ordusu elit 155-ci dəniz piyada briqadasının məhv edildiyi iddia olunur. Bu barədə fevralın 12-də Amerikanın “Politico” nəşri Ukrayna Silahlı Qüvvələrinin Tavriçeski istiqamətinin Müdafiə Qüvvələrinin nümayəndəsi Aleksey Dmitraşkovskiyə istinadən məlumat yayıb.

“155-ci briqadada onsuz da 3 dəfə kadr çatışmazlığı yaranmışdı. İlk dəfə İrpen və Buçadan sonra, ikinci dəfə Donetsk yaxınlığında məğlub oldular – sonradan qüvvələrini yenidən bərpa ediblər. İndi demək olar ki, bütün briqada Uqledar yaxınlığında məhv edilib”, - Dmitraşkovski deyib.

Onun sözlərinə görə, Uqledar bölgəsində gün ərzində 150-300 dəniz piyadası öldürülürüb. Ümumilikdə, briqada təxminən beş min nəfərdən ibarət idi.

155-ci briqadanın dəniz piyadalarından biri “7×7”yə bildirib ki, hərbçilər yanvarın 23-dən Uqledara hücuma başlayıblar. Briqada 80-90% səfərbər olunanlardan ibarət idi. Onun sözlərinə görə, ağır itkilərə görə “hər zaman yeniləri gətirilirdi”.

Dəniz piyadası iddia edir ki, hücumlardan birindən sonra hava hücumu briqadasının üçüncü bölüyünün heyətindən səkkiz nəfərdən çox adam qalmayıb. Əksəriyyəti əsir düşüb.

“Sağ qalanların fərarilər olduğu deyilirdi. Əsir düşsəydim və bir daha geri qayıtmasaydım, daha yaxşı olardı. Münasibət [söhbət Rusiya komandanlığının briqadanın sağ qalan döyüşçülərinə münasibətindən gedir] çox pis idi. Onsuz da 500 nəfəri, bəlkə daha çox itirmişdik. Briqada komandiri dedi ki, biz evə yalnız 200 [ölü] və ya 300 [yaralı] ilə gedərik”, - dəniz piyadası deyir.

Əsirlər haqda məlumatı ölən və əsir götürülmüş rusiyalılar haqqında məlumat dərc edən “Məni Ukraynadan gözləməyin” Telegram kanalı təsdiqləyir. “7×7”nin yazdığı kimi, fevralın 3-dən əsir götürülən 155-ci briqadanın 13 dəniz piyadasının adı məlumdur.

Rusiya Müdafiə Nazirliyi 155-ci briqadanın məğlubiyyətini və dəniz piyadaları arasında itkiləri şərh etməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ