Son 30 ildə ilk dəfə olaraq Rusiya hərbi gəmiləri göyərtəsində taktiki nüvə silahı ilə dənizə çıxmağa başlayıb. Bu barədə Norveç kəşfiyyatının hesabatında deyilir.
“Nüvə potensialının əsas hissəsi Şimal Donanmasının sualtı və suüstü gəmilərində yerləşir”, - hesabatda bildirilir.
Qeyd olunur ki, taktiki nüvə silahı Rusiya ilə NATO arasında potensial qarşıdurma ssenarilərində xüsusilə ciddi təhlükə yarada bilər.