Kadırov dünya nüvə müharibəsinə hazırdır

Çeçenistan rəhbəri Ramzan Kadırov dünya nüvə müharibəsinə hazır olduğunu bildirib. O, Rusiya mətbuatına müsahibəsində belə bir bəyanatla çıxış edib.

“Məndən soruşsanız, on dörd uşağım var, səkkiz oğlum var və onların təklif etdiklərini qəbul etmək üçün mən nüvə müharibəsinə və hamımızın ölməsinəhazıram”, - Kadırov deyib.

Çeçenistan rəhbəri vurğulayıb ki, o, belə bir nəticədən qorxmur. Kadırov qələbəyə əmin olduğunu etiraf edib və bildirib ki, o, sakitdir, çünki Rusiya prezidenti Vladimir Putin “düzgün və şəksiz siyasət aparır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ