ABŞ hərbçiləri uçan naməlum obyekti vurdular - video

ABŞ Silahlı Qüvvələri Kanada ilə sərhəddə yerləşən Huron gölü üzərində aşkar edilən uçan naməlum obyekti vurublar.

Məlumatda qeyd olunur ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcısı “Sidewinder” raketi ilə uçan naməlum səkkizguşəli obyekti sıradan çıxarıb.

Mənbə iddia edir ki, uçan naməlum obyekt Ağ Evin rəhbəri Co Baydenin əmri ilə vurulub.

Uçan naməlum obyekt ilk dəfə Montana ştatı üzərində aşkar edilib. Məlumatda o da qeyd olunur ki, ilkin hesablamalara görə, o, quruda heç bir hərbi hədəfə təhlükə yaratmayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ