“Vaqner” döyüşçüləri Ukraynada yaşayış məntəqəsini ələ keçiriblər

Ukraynanın Donetsk vilayətinin Baxmut rayonunda yerləşən şəhər tipli Krasnaya Qora qəsəbəsi “Vaqner” döyüşçüləri tərəfindən nəzarətə götürülüb.

Bu barədə rusiyalı iş adamı, “Vaqner” hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin Telegram kanalında yerləşdirilən məlumatda ​​deyilir.

“Bu gün Krasnaya Qora yaşayış məntəqəsi “Vaqner”in hücum dəstələri tərəfindən ələ keçirilib. Soledarın tutulmasından və əməliyyatlarda “Vaqner” döyüşçülərindən başqa heç kimin iştirake tməməsi ilə bağlı söz-shbətdən sonra, əlbəttə ki, uşaqlar çox üzgün idilər. Ona görə də vurğulamaq istəyirəm ki, Baxmutda heç kim yoxdur. 50 km radiusda Baxmutu götürəcək yalnız “Vaqner” döyüşçüləri var”, - Priqojin yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ