Türkiyə-Ermənistan sərhədi 35 il sonra açıldı

Türkiyə-Ermənistan sərhədi 35 il sonra açılıb.

Bu, Ermənistanın Türkiyəyə humanitar yardım göndərməsi sayəsində baş verib.

Ermənistandan gələn humanitar yük dolu  5 TIR 35 ildir bağlı qalan Alican sərhəd qapısından keçib.

Qeyd edək ki, sözügedən sərhəd qapısı sonuncu dəfə 1988-ci ildə istifadə olunub. Həmin il Ermənistanda baş verən zəlzələ zamanı Türk Kızılay tərəfindən yığılan yardımlar fəlakət bölgəsinə aparılmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ