Rusiya Ukraynada yeni cəbhə açır - NYT

Ukrayna və Rusiya qoşunları aylarla davam edən statik döyüşlərdən sonra yeni irimiqyaslı hücumlara hazırlaşırlar. Bu barədə cümə günü, fevralın 10-da “New York Times” yazır.

Qəzetin yazdığına görə, rusiyalılar Kremennaya və Uqledar istiqamətində Ukrayna Silahlı Qüvvələrini şimaldan və cənubdan mühasirəyə alaraq, mart ayına qədər Donbası işğal etməyi planlaşdırır.

Həmçinin RF qoşunları böyük ehtimalla Sumı və Xarkov vilayətində yeni cəbhə açaraq Ukrayna ordusunun diqqətini yayındırmağa çalışacaq.

NYT yazır ki, eyni zamanda Ukrayna da əks-hücum hazırlayır. Lakin qəzetin qeyd etdiyi kimi, şərqdə irəliləmək çətin olacaq, çünki Rusiya Federasiyası 2014-cü ildən oradakı mövqelərini möhkəmləndirib.

Ən “perspektivli” əks-hücum cənubdadır: Melitopol iki magistral və mühüm dəmir yolu xəttinin kəsişməsində yerləşdiyi üçün ən rahat hədəf ola bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ