Deniz Baykal vəfat etdi

Türkiyənin tanınmış siyasətçisi, Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Dəniz Baykal 84 yaşında dünyasını dəyişib.

Bu barədə məlumatı CHP sədri Kamal Kılıçdaroğlu açıqlayıb.

“CNN Türk”ün məlumatına görə, D.Baykalın son günlər qripə yoluxduğu məlumdur. O, Ankarada evində dünyasını dəyişib.

Qeyd edək ki, Deniz Baykal 37-ci hökumətdə maliyyə naziri, 42-ci hökumətdə enerji və təbii sərvətlər naziri, 52-ci hökumətdə xarici işlər naziri və Baş nazirin köməkçisi vəzifələrində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ