Kahramanmaraşda dağıntılar altında axtarış aparan rizəli mədənçi emosional anlar yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, günlərdir dağıntılar altından onlarla cənazə çıxaran mədənçi zəlzələnin 102-ci saatında 11 yaşlı Məlikəni və anasını sağ-salamat çıxara bilib. O, ana və qızını xilas etdikdən sonra hönkür-hönkür ağlayıb.
Bunu əks etdirən görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb.